GƏLMİŞƏM

Gəlmişəm sevgimə sahib çıxmağa,
Səni sevdiyimçün sənə gəlmişəm.
Səni sevməyimlə günahlarımı,
Yuya bilmək üçün sənə gəlmişəm.

*****

Gözlərin ruhumu alıb apardı,
Çox gözlədim, ondan cavab gəlmədi.
Bu səssizlik məni məndən qopardı,
Tənhalıqdan baş götürüb gəlmişəm.

*****

Düşünmə ki, sənsiz qalmaq asandır,
Səni sevmək sevməmək tək çətindir.
Sevmədikcə uçuruma getimşəm,
Uçurumdan dönüb sənə gəlmişəm.

*****

Mənə sual verdin “Niyə gəlmisən?”
Gəlmişəm, günahım olduğu üçün
Məkkə çox uzaqdır, gedə bilmərəm,
Məkkə tək sevdiyim sənə gəlmişəm.

*****

Bilirəm, qəlbini çox sındırmışam,
Mənim olduğu üçün ona qıymışam.
İndi mənim deyil o sınan ürək,
Onu sındırmaq üçün yenə gəlmişəm.

*****

Dünyanın işləri mənsiz də keçər,
Mən dünyanın kiçik bir zərrəsiyəm.
Səninsə yarınam, biz bir bütövük,
Bütöv olmaq üçün yara gəlmişəm.

*****

Bilirdim sən mənə “Yox” deyəcəksən,
“Yox”u eşidəndə içim qaraldı,
Baş götürüb sənsizliyə yol aldım,
Düşdüm sən olmayan boş bir dünyaya.
Burada hər şey var, tək səndən başqa,
Sənə əvəz olan heç kimsə yoxdur.
Özüm də bilmirəm mən bu həyata,
Sənsiz öləcəmsə, niyə gəlmişəm?!

Əhməd ŞAHİDOV
07 Fevral 2010-cu il saat 03:07, Moskva, Rusiya

Bu yazını Facebookda şərh et