Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq

Ana Sayfa » Aktual » Qax barədə duyğusal düşüncələrim… və ya duyğularımın mənbəyi olan torpaq

Bu yazımı qələmə alarkən bir qədər emosionalam, hiss edirəm ki, duyğularım hakim kəsilib mənə. Amma yenə də hisslərimə tabe olmamağa çalışır və fikirlərimi sətirlərə düzürəm.

Amma onu da deyim ki, ən səmimi fikirlər elə emosional olarkən deyilən sözlərdir.

Məni tanıyanlar yaxşı bilir ki, Azərbaycana bağlı bir insanam. Hər zaman çalışıram ki, hər addımımda Vətənimə faydalı olum. Ölkəmin bütün nöqtələrini sevirəm, heç zaman görmədiyim və fəaliyyətimin böyük hissəsini təşkil edən Dağlıq Qarabağı isə lap çox sevirəm.

Amma Qax rayonunun adı çəkiləndə bir qədər duyğusallaşıram, ən kövrək hisslər dolur içimə, sanki uşaq kimi oluram. Bəlkə də uşaqlıq illərim o torpaqlarda keçibdir deyə belə oluram. Hətta bir zamanlar Qax rayonu ilə bağlı bir şeirimdə belə yazmışdım:

Səndə mənim uşaqlıq illərim var,
Babamın, nənəmin əl izləri var.
Torpağa bağlıyam, sevirəm, çünki
Gözəl İlisum var, Qaxım var mənim.

Deməzdim ki, Qax rayonu Azərbaycanın ən dilbər guşəsidir. Əsla! Vətənimizin gözəl, dilbər və cənnət kimi məkanları çoxdur. Hamısı da bir-birindən göz oxşayır, adları dillər əzbəridir.

Xülasə, sözümü yenə Qaxa gətirirəm. Özümü dərk edəndən yay tətilinə Qaxa yollanardıq. Rəhmətlik nənə-babamla görüşərdik, yaxınlarımıza qonaq gedərdik. İllər keçdikcə Qax mənimçün həm də ruhumun dincəldiyi, hər kəsdən qaçıb gizlənmək istədiyim bir yerə çevrildi. Gündəlik işdən-gücdən, qayğılardan və problemlərdən qaçıb canımı qurtarmaq istəyəndə birbaşa Qaxa gedərdim. Qaxa ehtiyacım olanda səssiz-səmirsiz çıxıb gedirdim…

Son bir-neçə ildə isə Qax rayonu mənimçün tamam başqa bir anlam kəsb etməyə başlayıb. Qax mənimçün həm də bir məsuliyyətə çevrilib. Elə hiss edirəm ki, mənim köməyimə ehtiyacı olan insanlar hər zaman məni gözləyirlər orada. Ən müxtəlif məsələlərlə bağlı mənə müraciət edən insanlar var Qaxda. Hər dəfə də çalışıram ki, onlara gücüm çatandan nəsə faydam toxunsun. Allaha şükürlər olsun, hələ ki başımız aşağı olmayıb Qax camaatı qarşısında.

Bəzən dostlarla oturub söhbətləşəndə Qaxla bağlı hər hansı xəbəri dərhal mənə çatdırırlar. Ən adi xəbərlər olsa belə, dostlarım onu mənə deməyə tələsir. “Əhməd, xəbərin oldu da, Qaxa dolu yağıb, bəzi kəndləri su basıb”, “Qaxda filan abituriyent 700 bal toplayıb” və sairə bu kimi gündəlik xəbərləri mənə çatdırmağa tələsən insanlar var. Hər zaman bunun səbəbini anlamağa çalışmışam.

Bugün Qax rayonu mənimçün istirahət mərkəzindən daha çox məsuliyyət mənbəyimdir. Hər dəfə Qaxa səfərimi əvvəlcədən planlaşdırıram, hansı kəndlərə gedib kimlərlə görüşəcəyimi dəqiqləşdirirəm. Çalışıram ki, Qaxdakı xeyir-şər məclislərində yaxından iştirak edim. Təvazökarlıqdan uzaq səslənə bilər bəlkə də, amma hər dəfə sadə qaxlılarla görüşəndə gündəlik qayğıları barədə danışırlar mənə. Bəzən gücsüz oluram, əlacsız qalıram, insanlara necə kömək edə bilərəm deyə vurnuxuram. Amma yenə mənəvi dəstək verməyi unutmuram.

Tez-tez dostlarım mənə zarafatyana irad tuturlar ki, niyə hər zaman Qaxdakı qayğılar barədə danışırsan, əsasən Qax rayonundakı insanların müraciətlərini qabardırsan?! Tam səmimi deyirəm ki, bunun səbəbi Qaxlı olduğumçün deyil. Qaxda doğulduğum və Qaxda qohum-əqrabalarımın yaşaması da buna səbəb sayıla bilməz.

Səbəb çox sadədir. Artıq anlayıram ki, mənim Qaxa ehtiyacım olduğu kimi, Qaxdakı insanların da mənim köməyimə ehtiyacları var. Hər yerdən əlləri üzülən sadə qaxlılar mənə zəng edir, yazırlar. Bu insanların mənə tərəf uzanan əllərini geri çevirmək mənim həyat prinsiplərimlə qətiyyən uzlaşmır.

Odur ki, nə qədər sağam, yaşayıram, hər zaman Qaxlıların xidmətində olacam. Çünki, məni son mənzilə yola salacaq insanlar məhz onlar olacaq. Allah hələ uzun illər birlikdə olmağı qismət etsin bizlərə, əziz Qaxlılar!

Əhməd Şahidov
18 İyul 2017-ci il
Bakı şəhəri, Azərbaycan

Xəbərlər

Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Novruz şənlikləri keçirilir Qax rayonunda Novruz şənliyi keçirilib Qax rayonunda Novruz şənliyi keçirilib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov Novruz Bayramı münasibətilə Qax rayonu ictimaiyyətini təbrik edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov 5 Mart İdman Günü münasibətilə Qaxın idman ictimaiyyətinə müraciət edib Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Əhməd Şahidov Şimali Kiprin Diyalog Televiziyasına Xocalı soyqırımı barədə danışıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb Türkiyənin Ulusal Kanal Televiziyasında Xocalı soyqırımı və azərbaycanlı girovlar barədə danışılıb İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbul Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində  Xocalı soyqırımının ildönümü qeyd edilib İstanbulda Mehmet Fatih Sultan Vakıf Universitetində Xocalı soyqırımının ildönümü qeyd edilib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib “Qax rayonunda Xocalı Soyqırımına abidə ucaldılsın” – Əhməd Şahidov mühüm təkliflə çıxış edib Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Azərbaycanlı və gürcü gənclər Tbilisidə bir araya gəldi: “Qafqazda sülh istəyirik!” Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Tbilisidə keçirilən beynəlxalq forumda Mixail Avaqyana abidə ucaldılmasına etiraz edib Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov Qax rayonunda təhsilin vəziyyəti barədə fikirlərini bölüşüb Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Əhməd Şahidov 2 Fevral Gənclər Günü münasibətilə Qax gənclərinə səsləndi: “Hədəflərinizdən əsla vaz keçməyin” Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım Azərbaycanlı girovlarla bağlı son vəziyyət nə yerdədir? – “Yeni Müsavat” qəzetində canlı yayım “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb “Gürcüstan ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan çəkinməlidir” – Əhməd Şahidov İranın “Səhər” Televiziyasına danışıb