“Azərbaycanı Makedoniyada tanıtmağa ciddi ehtiyac var” – Əhməd Şahidov Makedoniya Parlamentində görüş keçirib

Aprelin 24-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Skopye (Üsküp) şəhərində Makedoniya Respublikasının Məclisini (Parlament) ziyarət edib. Hüquq müdafiəçisi Makedoniya Türk Hərəkatı Partiyasınndan millət vəkili olan cənab Enes İbrahimlə görüşüb.

Görüş zamanı Makedoniyada ictimai-siyasi vəziyyət, ölkədə yaşayan Türklərin durumu və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mekedoniyada Azərbaycan və azərbaycanlılar haqqında çox az məlumat olduğunu diqqətə çatdıran millət vəkili Enes İbrahim bu sahədə əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb. Yaxın gələcəkdə bu istiqamətdə real addımlar atacaqlarını bildirən ADİHİ rəhbəri Əhməd Şahidov Makedoniyanın ictimai-siyasi dairələri, habelə vətəndaş cəmiyyəti ilə münasibətlər qurulmasına və Azərbaycanın Makedoniyada tanıdılmasına ciddi ehtiyac olduğunu qeyd edib.

Bu yazını Facebookda şərh et