Əhməd Şahidov Azərbaycanın Budapeştdəki səfirliyini ziyarət edib

Səfir Vilayət Quliyevlə görüşən hüquq müdafiəçisi Avropadakı fəaliyyəti barədə məlumat verib və Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində fikir mübadiləsi aparıb

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Aprelin 21-də Budapeşt şəhərində Azərbaycanın Macarıstandakı səfirliyini ziyarət edib. Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Vilayət Quliyevlə görüşən hüquq müdafiəçisi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib və Avropanın müxtəlif institutlarında Azərbaycanın milli maraqları ilə bağlı görülən işlərdən danışıb.

Səfir Vilayət Quliyev Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məsələsinin zəruriliyini vurğulayıb və öz dəyərli məsləhətlərini bölüşüb.

Bu yazını Facebookda şərh et