“Torpaqlardan səmərəli istifadə Qaxın daha da inkişafına gətirib çıxaracaq” – Əhməd Şahidov

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi, Milli Məclisə keçirilən seçkilərdə Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov rayon torpaqlarının səmərəli istifadə edilməsi və yeni fındıq sahələrinin salınması ilə yaxından tanış olub. Mart ayının 5-də Qax rayonunun Zərnə və Ləkit kəndləri ərazisindəki əkin torpaqlarını gəzən Əhməd Şahidov yerli fermerlərlə görüşüb, onların qayğı və problemləri ilə tanış olub və xüsusən də rayon gənclərinin torpaqların becərilməsində fəal iştirakının vacibliyini vurğulayıb.

Ötən ilin Sentyabr ayında Azərbaycan Konstitusiyasına edilən düzəliş və əlavələri xatırladan hüquq müdafiəçisi əkin torpaqlarından səmərəli istifadə edilməsinin də bu islahatların tərkib hissəsi olduğunu bildirib və kəndlilərin əkin torpaqlarından səmərəli istifadə etməsinin zəruriliyini xüsusi vurğulayıb.

Bu yazını Facebookda şərh et