Əhməd Şahidov Mahatma Qandi İnsan Haqları Təşkilatının rəhbəri ilə görüşdə kəlbəcərli girovlar barədə danışıb

Hüquq müdafiəçisi azərbaycanlı məcburi köçkünlər və girovlarla bağlı cənab Gibril Deenə məlumat verib

Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Yanvarın 24-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Mahatma Qandi İnsan Haqları Təşkilatının rəhbəri cənab Gibril Deen ilə görüşüb. Rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verən ADİHİ rəhbəri Macarıstandakı insan haqları təşkilatları ilə əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə birgə layihələr həyata keçirə biləcəklərini qeyd edib.

Mahatma Qandi İnsan Haqları Təşkilatının əsasən qaçqın və məcburi köçkünlər, habelə miqrantların hüquqlarının müdafiəsi istiqamətində böyük təcrübəyə malik olduğunu bildirən cənab Gibril Deen bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışıb. ADİHİ rəhbərinin birgə fəaliyyətlə bağlı təklifini maraqla qarşılayan Gibril Deen azərbaycanlı qaçqın və məcburi köçkünlərin, habelə girovların hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq səviyyədə birgə iş aparılmasının zəruriliyini vurğulayıb.

Bu yazını Facebookda şərh et