“İstanbuldakı terroru dəstəkləyən alman müxbir Çeyz Vinter cəzalanmalıdır” – Əhməd Şahidov ATƏT-də məsələ qaldırıb

Hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT-in “Mətbuatda təbliğat və jurnalist etikası” mövzusunda keçirilən toplantısında İstanbuldakı terror hadisəsi barədə danışıb

Dekabrın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə “Mətbuatda təbliğat və jurnalist etikası” mövzusunda iki günlük toplantı keçirilib. ATƏT coğrafiyasındakı münaqişələr zamanı mətbuatda aparılan təbliğat və jurnalist etikası barədə müxtəlif fikirlər səsləndirilib və müstəqil mətbuatın müharibə təbliğatında iştirak etməsinin yolverilməz olduğu vurğulanıb.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demorkatiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 10 Dekabr tarixində İstanbulda baş verən terror aktı barədə məlumat verib və terroru pisləyib. Auditoriyaya xitab edən ADİHİ rəhbəri bildirib ki, İstanbuldakı terror aktından bir-neçə saat sonra “Deutsche Welle” (“Alman dalğası”) agentliyinin müxbiri Çeyz Vinter özünün Tvitter səhifəsində yazdığı statusda “İstanbuldakı terror aktını həlak olanların sayına görə deyil, daha çox psixoloji baxımdan uğurlu akt” adlandırıb.

Alman jurnalistin bu hərəkətini qətiyyətlə pisləyən hüquq müdafiəçisi Əhməd Şahidov bunu terror təbliğatı kimi dəyərləndirib və alman jurnalistin məsuliyyət daşıdığını vurğulayıb.

Bu yazını Facebookda şərh et