Əhməd Şahidov: “Azərbaycanda dini radikalizmə qarşı ardıcıl mübarizə aparılır”

ismayilliİyunun 28-də İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Dini radikalizm və ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Konfransda 70 nəfərə yaxın gənc, ictimaiyyət nümayəndəsi, din xadimi, ziyalı və müəllim iştirak edib.

Konfransı girirş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açaraq, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyi adından salamlayıb. O, Azərbaycandakı dini mühit, dövlətimizin multikultiralizm siyasəti haqqında geniş məruzə edib.

Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu gün bütün dünyada din adı altında radikalizm və ekstermizim kimi qanunsuz fəaaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu proseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır.

Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizədən danışıb və Azərbaycan dövlətinin bu tendensiyalara qarşı barışmaz mövqe sərgilədiyini diqqətə çatdırıb. Müxtəlif dinlərə və millətlərə mənsub şəxslərin Azərbaycanda rahat yaşadığını deyən Əhməd Şahidov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu və bu istiqamətdə dövlətin ardıcıl siyasət apardığını da bildirib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə, İsmayıllı “Cümə” məscidinin dini icma sədri Vasif Teymurov, “Məhəmədiyyə məscidi”nin imamı Elnur Yusifov çıxış edərək dini radikalizm və onun fəsadları barədə konfrans iştirakçılarına məlumat verdilər. Ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək bir mövqedə olmasını, multikulturalizmin həyat tərzinə çevrildiyini diqqətə çatdırıblar.

Tədbirdə yaxından iştirak edən YAP Gənclər Birliyinin sədri Şəhla Qafarovanın, UADM-nin əməkdaşı Gülnar Mikayılovanın təklifləri maraqlı müzakirələrlə müşahidə olunub.

radikalizm1 radikalizm2 radikalizm3 radikalizm4 radikalizm5 radikalizm6 radikalizm7 radikalizm8 radikalizm9 radikalizm10 radikalizm11 radikalizm12 radikalizm13 radikalizm14 radikalizm15 radikalizm16

Bu yazını Facebookda şərh et