Dilqəm və Şahbaz bizə görə çox narahatdırlar

Ana Sayfa » Xəbərlər » Dilqəm və Şahbaz bizə görə çox narahatdırlar

qapanli2Tərtərin Qapanlı kəndində iki dəfə olmuşam həyatımda… Hər dəfə cəbhədəki həyəcanlı xəbərləri televiziya ekranlarından izləyəndə bu kənd barədə eşidirdim. Yoxsa, bu ad mənə müharibə, həyəcan, ölüm-itim və güllə səslərindən başqa heç bir şeyi xatırlatmırdı…

İlk dəfə bu ilin Aprel ayının əvvəllərində Qapanlıda oldum və nüfuzlu Əl-Cəzirə kanalının çəkiliş qrupu ilə bu kəndə yollandıq, reportajlar yayımladıq… Qapanlıya ikincə səfərim də müharibə ilə bağlı idi. Bu dəfə azərbaycanlı əsirlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə sənədli film çəkilişləri zamanı ora yollandıq…

Qapanlı kəndində Şahbazın anası yaşayan evi soruşanda hamı göy rəngli darvazanı göstərdi, 5-6 yerdən mərmi deşmiş bu darvazadan içəri girən kimi bizi ağbirçək bir ana qarşıladı… Sənəm xala.

qapanli1 qapanli

Sənəm xalaya gəlişimizin əsl səbəbini deyə bilməzdik. Çünki, iki ildir Şahbazı görməyən anası oğlunun Rusiyada olduğunu və iş dalınca getdiyini bilir… Odur ki, elə-belə qonaq gəldiyimizi deyib, havadan-sudan danışırdıq…

Amma ana ürəyi nəsə hiss etmişdi, dil danışmasa da, gözlər tez-tez dolur və kövrəlirdi. Sənəm xala övladları barədə danışır, hamısı haqqında bir-bir məlumat verirdi, nədənsə Şahbazdan söz düşəndə bir az dayanır və dərindən ah çəkirdi. Bizi çaya qonaq edən Sənəm xala ilə danışmaq bizi də həyəcanlandırmışdı. Bircə kəlmə artıq söz anada şübhələr yarada bilərdi, ana ürəyi həssas olduğundan biz də dərinə getmədik.

Amma Sənəm xala ilə üzbəüz oturanda içimdə bir xəcalət hissi baş qaldırmışdı. Şahbazın artıq 2 ildir ki, əsirlikdə olmasına və davamlı işgəncələrə məruz qalmasına görə sanki özümü günahkar bilirdim. Mənə elə gəlirdi ki, mən nələrsə edə bilərəm, amma etmirəm – qorxuram, ya nədirsə, bilmirəm…

Əslində, əsirlərimizin hələ də düşmən əlində olmasının məsuliyyəti var boynumuzda. Biz Bakıda rahat şəkildə gəzəndə, 2 gündən sonra balkona çıxıb çay içə-içə Formula-1 yarışını seyr edəndə, Dilqəm və Şahbaz Şuşadakı türmənin kiçicik pəncərəsindən səmaya baxıb, Azərbaycan əsgərinin atacağı raketləri gözləyəcəklər. İnanacaqlar ki, Azərbaycan ordusu genişmiqyaslı müharibəyə başlayıb, Şuşaya qədər hər yeri darmadağın edəcək və əsirlərimizin saxlanıldığı o türmə də yerlə-yeksan olacaq.

Dilqəm və Şahbaz o dağıntıların altında qalsalar da, ruhən azad olacaqlar və Allahın qədərində ölmək varsa da, artıq bizim olan Qarabağda şəhid olacaqlar… erməni tapdağında qalmış Artsaxda yox!!!

PS. Əslində, Dilqəm və Şahbaz bizə görə çox narahatdırlar, gecə-gündüz bizi düşünürlər. Əbəs yerə… çünki bizdə hər şey yaxşıdır, heç onları düşünmürük…

Əhməd Şahidov
13 İyun 2016-cı il, saat 03:53, Bakı, Azərbaycan

Xəbərlər

“Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Əhməd Şahidov Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunda görüş keçirilib Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Əhməd Şahidov Tbilisidə Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadlarından danışıb Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub AŞPA-nın Yay Sessiyasının nəticələri İctimai Televiziyanın “Diqqət Mərkəzi”ndə müzakirə olunub Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı girovlar barədə danışıb Əhməd Şahidov Avropa Şurası Parlament Assambleyasında azərbaycanlı girovlar barədə danışıb “Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olunub” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbərliyi ilə görüşüb Əhməd Şahidov Serbiyanın ən böyük hüquq müdafiə təşkilatı olan YUCOM rəhbərliyi ilə görüşüb Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib Əhməd Şahidov Qaxın İngiloy-Kötüklü kəndindəki gürcü-pravoslav kilsəsini ziyarət edib “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov “Şəhid mayor Aqil Omarovun qisası tezliklə alınacaq” – Əhməd Şahidov Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında Cümhuriyyət Günü barədə danışıb İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub