BU GECƏ

Əllərini üzüb məndən, baş alıb gedirsən bu gecə,
Yollarında gözüm qaldı, ruhum sənlədir bu gecə.

*****

Səni ilk gördüyüm gün həyatımda çox özəldi,
O özəl gün bitmək üzrə, çox kədərlidir bu gecə.

*****

Səni çox sevirəm, qəlbimdə alışan bir tək ocaqsan,
O ocaq sönübdür artıq, köz qalıb yerində bu gecə.

*****

Yol yaxınkən çıxıb getdin, məni mənimçün tərk etdin,
İçimdə suallar qaldı, suallar artır bu gecə.

*****

Sənin yerin qəlbimdədir, qəlbim artıq mənim deyil,
Mənim olmayan qəlbimi geri qaytar sən bu gecə.

*****

Gücsüzəm, zəifəm, çünki hələ də səni sevirəm,
Sevgimi göstərmək üçün mənə şans ver bu gecə.

*****

Əminəm yol yaxınkən dönəcəksən, çünki sən də sevirsən,
Yollar bizi ayırmamış, dön o yolla dön bu gecə.

Əhməd ŞAHİDOV
10 Yanvar 2010-cu il saat 05:51, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…

Bu yazını Facebookda şərh et