Əl Cəzirə kanalı: “Ermənistan ordusu cəbhənin Tərtər, Füzuli, Goranboy istiqamətində atəşkəsi davamlı pozur”

al_jazeeraErmənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində cəbhədə yaranan gərginliklə bağlı Tərtər rayonuna səfər edən Əl Cəzirə kanalının çəkiliş qrupu təmas xəttinə yaxın ərazilərdən canlı reportaj hazırlayıb. Aprelin 7-də Əl Cəzirə Ərəb kanalında efirən gedən reportajda cəbhənin Tərtər, Ağdam, Goranboy və Beyləqan istiqamətində yerləşən ərazilərdə ermənilər tərəfindən dağıdılmış evlər nümayiş etdirilib, itkilər barədə məlumat verilib və yerli sakinlərin fikirləri işıqlandırılıb.

Əl Cəzirə müxbiri Omar Xaşramla söhbətində yerli sakinlər erməni tərəfinin atəşkəsi pozması nəticəsində evlərinin dağıdıldığını, lakin buna baxmayaraq, öz el-obalarını tərk etmədiklərini və sonadək düşmənlə mübarizə aparacaqlarını bildiriblər.

Reportajda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşü barədə məlumat verilib və münaqişənin sülh yolu ilə həlli perspektivləri barədə hüquq müdafiəçisi Əhməd Şahidovun müsahibəsi işıqlandırılıb.

Bu yazını Facebookda şərh et