Xocalı soyqırımı Türkiyənin Yeni Yüzyıl Universitetində anılıb

xocali_anim13“İslahatçı Gənclər” İctimai Birliyi və “YeniÇağ” Qəzetinin birgə təşkilatçılığı ilə İstanbulda “Xocalıya Ədalət Həftəsi” keçirilir

Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Yeni Yüzyıl Universitetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Türkiyə və Azərbaycandan gəlmiş qonaqların iştirak etdiyi tədbirdə Xocalı soyqırımı barədə məlumat verilib, erməni vəhşiliyini əks etdirən qısa film nümayiş etdirilib və Xocalıda şəhid düşmüş günahsız insanların xatirəsi böyük ehtiramla yad edilib.

Anım mərasimində çıxış edən Yeni Yüzyıl Universitetinin prorektoru professor Yaşar Hacısalihoğlu Xocalı soyqırımını bəşər tarixinin ən ağır faciəsi kimi qiymətləndirib və dünya ictimaiyyətinin bu soyqırıma hüquqi qiymət vermədiyini təəssüflə qeyd edib. Daha sonra çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həyata keçirdikləri layihələrdən danışıb və “Xocalıya Ədalət Həftəsi” çərçivəsində təşkil edilən konfransların əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin zəruriliyini qeyd edib. Hüquq müdafiəçisi Əhməd Şahidov tarixi faktların sübut şəklində toplanaraq, Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilməsi və beynəlxalq məhkəmələr səviyyəsində Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin zəzuri olduğunu bildirib. Xocalıya ədalətin yalnız məhkəmələr vasitəsilə əldə edilə biləcəyini deyən ADİHİ rəhbəri bu sahədə ciddi addımların atılmasını istəyib.

xocali_anim2 xocali_anim3 xocali_anim4 xocali_anim5 xocali_anim6 xocali_anim7 xocali_anim8 xocali_anim9 xocali_anim11 xocali_anim12 xocali_anim13 xocali_anim14 xocali_anim15 xocali_anim1

Bu yazını Facebookda şərh et