Əhməd Şahidov Beynəlxalq Kipr Universitetinin rektoru ilə görüşüb

ukuGörüş zamanı ADİHİ və UKÜ arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib

Fevralın 23-də Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Beynəlxalq Kipr Universitetinin rektoru professor Halil Nadiri ilə görüşüb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb və ADİHİ-nin Avropada reallaşdırılacaq layihələrinə Beynəlxalq Kipr Universitetinin də dəstək verməsi qərara alınıb.

Bundan başqa, informasiya və təcrübə mübadiləsi barədə razılığa gələn tərəflər Mart ayında rəsmi protokol imzalama mərasimində bir araya gələrək, əməkdaşlıq sazişinin imzalanmasına qərar veriblər.

Bu yazını Facebookda şərh et