Əhməd Şahidov “Geneva for Human Rights” təşkilatı ilə əməkdaşlıq haqqında razılığa gəlib

zollerADİHİ rəhbəri İsveçrənin nüfuzlu “Geneva for Human Rights” təşkilatının prezidenti Adrien-Claude Zoller ilə görüşüb

İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün “Geneva for Human Rights” təşkilatının mənzil qərargahında olub. Təşkilatın prezidenti cənab Adrien-Claude Zoller ilə görüşən Əhməd Şahidov hüquq müdafiəçiləri üçün həyata keçirdiyi silsilə layihələrə görə, “Geneva for Human Rights” təşkilatının rəhbərinə və bütün kollektivinə minnətdarlığını bildirib.

ADİHİ ilə əməkdaşlıqdan məmnun olacaqlarını diqqətə çatdıran cənab Adrien-Claude Zoller “Geneva for Human Rights” təşkilatının layihələrində hüquq müdafəçisi Əhməd Şahidovun da yaxından iştirakını təklif edib. “Geneva for Human Rights” təşkilatı ilə əməkdaşlıq barədə ilkin razılığa Əhməd Şahidov birgə layihələr barədə fikirlərini çatdırıb.

zoller1

Bu yazını Facebookda şərh et