Əhməd Şahidov AŞPA Prezidenti xanım Anna Brassaeur ilə görüşüb

aspa_prezidenti1
ADİHİ rəhbəri Azərbaycanda insan haqlarının vəziyyəti barədə AŞPA Prezidentinə məlumat verib

Noyabrın 27-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin xüsusi iclası keçirilib. Daimi Komitənin iclasında insan haqları, miqrasiya məsələləri və qaçqınlar, diskriminasiya halları və seçkilər müzakirə olunub.

İclas zamanı ADİHİ rəhbəri Əhməd Şahidov və AŞPA Prezidenti xanım Anna Brassaeur arasında qısa görüş olub. Azərbaycanda insan haqlarının vəziyyəti barədə AŞPA Prezidentinə məlumat verən hüquq müdafiəçisi AŞPA-nın bundan sonra da Azərbaycanla sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini bildirib.

Azərbaycanda həbsdə olan hüquq müdafiəçiləri və jurnalistlər, habelə ictimai fəallarla bağlı narahatlığını ifadə edən AŞPA Prezidenti bu istiqamətdə səylərin artırılmasının zəruriliyini qeyd edib.

aspa_prezidenti2

aspa_prezidenti3

aspa_prezidenti4

aspa_prezidenti5

aspa_prezidenti6

aspa_prezidenti7

Bu yazını Facebookda şərh et