Əhməd Şahidov Niderland Ədalət və Sülh Fondunun rəhbəri ilə görüşüb

haaqa3
Noyabrın 23-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Niderland Krallığının Haaqa şəhərində yerləşən Niderland Ədalət və Sülh Fondunda olub. Fondun direktoru Sebastian van der Zvaan ilə görüşən ADİHİ rəhbəri qarşılıqlı əməkdaşlıq barədə danışıb və gələcək perspektivləri müzakirə edib.

ADİHİ rəhbərini Haaqada salamlamaqdan məmnunluğunu ifadə edən Sebastian van der Zvaan ADİHİ ilə əməkdaşlığa hazır olduqlarını və Avropa institutlarında birgə fəaliyyət göstərə biləcəklərini bildirib.

İnsan haqları sahəsindəki vəziyyəti müzakirə edən tərəflər birgə layihələr, seminar və konfranslar barədə fikir mübadiləsi aparıblar.

haaqa1

haaqa2

Bu yazını Facebookda şərh et