Əhməd Şahidov İtaliyada keçirilən TRANSEUROPE Forumunda iştirak edib

transeurope221 Noyabr tarixində İtaliyanın Rovereto şəhərində TRANSEUROPE Forumu baş tutub

Noyabrın 21-də İtaliyanın Rovereto şəhərində “TRANSEUROPE – Vətəndaş Cəmiyyəti Şəbəkəsi” adlı beynəlxalq Forum keçirilib. 500-ə yaxın hüquq müdafiəçisi, vəkil, QHT nümayəndəsi və media ekspertin qatıldığı toplantıda Avropada sülh və təhlükəsizlik məsələləri, qaçqın və məcburi köçkün axını, konfliktlərin həlli və media azadlığı mövzusunda müzakirələr aparılıb.

TRANSEUROPE Forumunda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov media azadlığı ilə bağlı müzakirələrə qatılıb və Avropada azad mətbuatın vəziyyəti ilə bağlı dinləmələrdə yer alıb.

“Freedom House” təşkilatının dünya üzrə media azadlığı indeksini müzakirə edən toplantı iştirakçıları mətbuata təzyiqlər, azad söz, jurnalistlərin təhlükəsizliyi, mətbuatın idarə olunması və digər mövzularda fikir mübadiləsi aparıblar.

transeurope1

transeurope2

transeurope3

transeurope4

transeurope5

transeurope6

transeurope7

transeurope8

transeurope9

Bu yazını Facebookda şərh et