15 nəvəsi və 13 nəticəsi olan 90 yaşlı nənənin Əhməd Şahidovla maraqlı dialoqu – Qum kəndi

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qum kəndində olarkən 90 yaşlı ağbirçək Raziyyət nənəyə baş çəkib. Səmimi şəraitdə keçən görüş zamanı Raziyyət nənə öz həyatı barədə danışıb, 15 nəvəsi və 13 nəticəsi olduğunu bildirib.

Deputatlığa namizəd Əhməd Şahidova xeyir-dua verən Raziyyət nənə Qum kəndində su, qaz probleminin olduğunu deyib, kənddə xeyir-şər evinin inşa edilməsini istəyib.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et