“Bizim qayğılarımızla maraqlanan deputat istəyirik” – Əhməd Şahidov Qaxın Qıpçaq kəndində olub

Deputatlığa namizəd Əhməd Şahidov ötən gün Qax rayonu Qıpçaq kəndində olub və kənd sakinlərinin qayğılarını dinləyib

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qıpçaq kəndində olub və kənd sakinlərlə söhbət edib. Kəndin qayğılarını dilə gətirən qıpçaqlılar kənddə su probleminin mövcudluğu barədə danışıb, elektrik dirəklərinin qəzalı şəraitdə olduğunu deyib və zəlzələdən zərər görmüş evlər barədə danışıblar.

Qıpçaq kəndinin problemləri ilə kimsənin maraqlanmadığını deyən kəndlilər icra nümayəndəsi və bələdiyyə üzvlərinin fəaliyyətsizliyi barədə məlumat verib, deputatın kəndin qayğıları ilə ümumiyyətlə maraqlanmadığını bildiriblər.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et