Əhməd Şahidovun Qaxın Güllük kəndindəki görüşü sərt çıxışlarla yadda qaldı

Oktyabrın 16-da deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun Güllük kəndində yerli sakinlərlə görüşüb. 100-ə yaxın Güllük kənd sakininin iştirak etdiyi görüşdə deputatlığa namizəd Əhməd Şahidov Qax rayonunun qayğıları, Güllük kəndinin çətinlikləri barədə geniş danışıb və kənd sakinlərinin də öz problemlərini açıq şəkildə dilə gətirməsini istəyib.

Əhməd Şahidovla söhbət zamanı kəndin problemlərini səsləndirən Güllük sakinləri yolların bərbad vəziyyətindən, işıq, qaz və su problemindən, habelə qəzalı şəraitdə olan evlərin durumundan danışıblar.
gulluk2 gulluk3 gulluk4 gulluk5 gulluk6 gulluk7 gulluk8 gulluk9 gulluk10 gulluk11 gulluk12 gulluk13 gulluk15 gulluk16 gulluk17 gulluk18 gulluk19 gulluk20 gulluk21 gulluk22 gulluk23 gulluk24 gulluk26 gulluk27 gulluk28

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et