Deputatlığa namizəd Əhməd Şahidov Qaxın Zərnə kəndində möhtəşəm görüş keçirdi – TARİXİ ÇIXIŞ

13 Oktyabr tarixində deputatlığa namizəd Əhməd Şahidov Qax rayonu Zərnə kəndində növbəti görüşünü keçirib. MSK-nın rəsmi görüş yeri kimi müəyyən etdiyi məkanda – Zərnə kənd orta məktəbinin akt zalında baş tutan görüşdə 100-ə yaxın kənd sakini iştirak edib. Zərnə kəndində Əhməd Şahidovu böyük coşqu və sevgi ilə qarşılayıblar. Görüş zamanı deputatlığa namizəd Zərnə kəndinin qayğılarını – yolların yararsız olması, kənddə sosial obyektlərin olmaması, gənclərin işsizlik problemi və digər məsələləri qabardıb.

Çıxış edən kənd sakinləri müəyyən məsələlərlə bağlı deputatlığa namizəddən xahişlər ediblər. Kəndin axundu söz alaraq, kənd məscidinin qəzalı vəziyyətdə olduğunu deyib və kənd insanlarının cümə namazını qılmaq üçün yerlərinin olmadığını deyib. Əhməd Şahidovun Hacı olduğunu deyən kəndin axundu bu məsələnin həllində deputatlığa namizəddən kömək istəyib. Əhməd Şahidov kənd məscidinin təmirini öz üzərinə götürüb və kənd sakinləri qarşısında bu barədə söz verib. Görüş səmimi və duyğusal anlarla yadda qalıb.
zerne_kendi2 zerne_kendi3 zerne_kendi4 zerne_kendi5 zerne_kendi6 zerne_kendi7 zerne_kendi8 zerne_kendi9 zerne_kendi10 zerne_kendi11 zerne_kendi12

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et