Deputatlığa namizəd Əhməd Şahidov Qax bazarını gəzib, sakinlərin istehlak imkanları ilə tanış olub

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov rayonun mərkəzi bazarında olub. Bazarda fəaliyyət göstərən satıcılarla yaxından ünsiyyət quran Əhməd Şahidov gündəlik istehlak məhsullarının satışı ilə maraqlanıb.

Bazardakı satıcılar və alıcılarla səmimi ünsiyyət quran deputatlığa namizəd Əhməd Şahidov Qaxda kənd təsərrüfatı məhsullarının becərilməsi və satışı ilə maraqlanıb, məhsulların qiymətləri və əhalinin alıcılıq qabiliyyəti ilə bağlı dəyərləndirmə aparıb.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et