Əhməd Şahidov ATƏT-in tədbirində Şimali Kiprdən danışdı və rum tərəfini sərt tənqid etdi

kktc_osceSentyabrın 28-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Konfransı” öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə kin və nifrət meylləri, diskriminasiya və ayrı-seçkilik problemləri müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyəti barədə danışıb və ŞKTC-nin üzləşdiyi embarqolar barədə məlumat verib. Bütün Kipr adası adından tədbirdə iştirak edən Kipr Respublikasının nümayəndəsinə müraciət edən ADİHİ rəhbəri adada yaşayan türklərin üzləşdiyi qanun pozuntuları və vəhşilikləri xatırladıb və məsuliyyəti rum tərəfinin üzərinə qoyub.

1960-cı ildə vahid Kipr dvövlətinin mövcud olduğunu və rumların aqressiv siyasəti nəticəsində bu dövlətin süquta uğradığını bildirən hüquq müdafiəçisi 2004-cü il Annan Planı zamanı adada yaşayan türklərin sülhə və barışa HƏ deməsini, rumların isə bundan imtina etməsini sübut kimi göstərib. Kiprdə minlərlə türkün qətlə yetirildiyini və indiyə qədər meyitlərlə dolu xəndəklərin aşkar olunduğunu diqqətə çatdıran Əhməd Şahidov rum tərəfinin sülh danışıqlarında qeyri-konstruktiv olduğunu bildirib.

Bu yazını Facebookda şərh et