Əhməd Şahidov Qətər Dövlət Xəbər Agentliyinə müsahibəsində kəlbəcərli əsirlər barədə danışıb

qatar_musahibe640Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 18-də Doha şəhərində Qətər Dövlət Xəbər Agentliyinə güniş müsahibə verib. Müxbirlərin suallarını cavablandıran hüquq müdafiəçisi əvvəlcə Azərbaycan-Qətər münasibətləri barədə danışıb, Azərbaycanın digər İslam ölkələri ilə əlaqələrindən söz açıb və İslam dünyasındakı son vəziyyət haqqında fikirlərini bölüşüb.

Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ konflikti haqqında geniş məlumat verən ADİHİ rəhbəri bir milyon qaçqın soydaşımızdan danışıb, yüzlərlə əsir götürülmüş vətəndaşımızdan söz açıb.

Ötən il ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə geniş məlumat verən Əhməd Şahidov ərəb jurnalistlərə əsirlərin fotolarını nümayiş etdirib və ermənilər tərəfindən keçirilən qondarma məhkəmə barədə danışıb.

Qətər ictimaiyyətinin bu məsələdə Azərbaycana dəstək olmasının vacibliyini vurğulayan hüquq müdafiəçisi əsirlərin azad olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

qatar_musahibe1 qatar_musahibe2 qatar_musahibe3 qatar_musahibe4 qatar_musahibe5 qatar_musahibe6 qatar_musahibe7 qatar_musahibe8 qatar_musahibe9

Bu yazını Facebookda şərh et