Əhməd Şahidov Dohadakı səfirlərlə görüşüb

sefirler640Hüquq müdafiəçisi Türkiyə və Şimali Kiprin Qətərdəki səfirləri ilə müzakirələr aparıb

Qətərdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 17-də Doha şəhərində Türkiyənin və Şimali Kiprin Qətərdəki səfirləri ilə görüşüb. Əvvəlcə Şimali Kipr Türk Cümhuriyyətinin Qətərdəki səfirliyini ziyarət edən ADİHİ rəhbəri səfir Aytuğ Fazil Plümer ilə görüşüb. Görüş zamanı Kiprlə bağlı müzakirələr aparan Əhməd Şahidov özünün Şimali Kiprə son səfəri barədə səfirə məlumat verib və təəssüratlarını bölüşüb. Səfir Aytuğ Fazil Plümerə “Sıfır Nöqtəsi” romanını hədiyyə edən ADİHİ rəhbəri Kiprin birləşməsi üzrə gedən danışıqlarla maraqlanıb.

Daha sonra Türkiyənin Qətərdəki səfirliyini ziyarət edən Əhməd Şahidov səfir Ahmet Demirok ilə görüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini müzakirə edən ADİHİ rəhbəri Türkiyədə baş verən son hadisələrdən narahatlığını ifadə edib və Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib. ADİHİ rəhbərini Dohada salamlamaqdan məmnunluğunu ifadə edən səfir Ahmet Demirok qardaş Azərbaycanla münasibətlərə toxunub və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inamını ifadə edib.
sefirler2 sefirler3 sefirler4 sefirler5 sefirler6

Bu yazını Facebookda şərh et