Hüquq müdafiəçisi Əhməd Şahidov Qətərdə keçiriləcək beynəlxalq konfransda çıxış edəcək

shahidov1ADİHİ rəhbəri 15-16 Sentyabr tarixlərində Doha şəhərinə işgüzar səfər edəcək

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Qətərə dəvət olunub. 15-16 Sentyabr tarixlərində Qətər Milli İnsan Haqları Komitəsi tərəfindən təşkil olunacaq “Nifrət və Ekstremizmə qarşı Mübarizə” adlı beynəlxalq konfransda iştirak edəcək hüquq müdafiəçisi İfadə Azadlığı, Tolerantlıq, Beynəlxalq İnsan Haqları Konvensiyası, Ekstremizm və Radikalizm mövzularında keçiriləcək müzakirələrdə yaxından iştirak edəcək.

Konfransda çıxış edəcək Əhməd Şahidov dünyada cərəyan edən proseslər və ekstremizmin törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edəcək. Azərbaycanda mövcud dini tolerantlıq mühiti barədə danışacaq ADİHİ rəhbəri bu modelin bütün dünyada tətbiqinin zəruriliyini qeyd edəcək.

Bu yazını Facebookda şərh et