Əhməd Şahidov Qax rayonunda yaşayan qaraçılarla görüşüb

qaracilar9Hüquq müdafiəçisi Əhməd Şahidov fars mənşəli qaraçıların yaşam tərzi və sosial qayğıları ilə maraqlanıb

Azərbaycanın şimal regionunda işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avqustun 6-da Qax rayonunda yaşayan qaraçılarla görüşüb. Əsasən Qapıçay kəndində məskunlaşan fars mənşli qaraçılar gündəlik həyatlarında maldarlıq və heyvandarlıqla məşğul olur, meşələrdən məhsul toplayır və torpaqları becərirlər.

Görüş zamanı qaraçıların sosial qayğıları ilə maraqlanan Əhməd Şahidov ayrı-ayrı evləri ziyarət edib, yaşlı insanlarla ünsiyyətdə olub və kənd cavanlarının məşğuliyyəti ilə yaxından tanış olub. Hüquq müdafiəçisi ilə görüşdə sosial qayğılarını dilə gətirən yerli qaraçılar zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş evlərin bəzilərinin hələ də təmir edilmədiyini bildiriblər. Daha sonra işsizlik və gündəlik güzərandan gileylənən qaraçılar Əhməd Şahidovdan kömək istəyib, istəklərinin müvafiq dövlət qurumlarına çatdırılması üçün hüquq müdafiəçisinə müraciət ediblər.

qaracilar1 qaracilar23 qaracilar22 qaracilar21 qaracilar20 qaracilar19 qaracilar18 qaracilar17 qaracilar16 qaracilar15 qaracilar14 qaracilar13 qaracilar12 qaracilar11 qaracilar10 qaracilar9 qaracilar8 qaracilar7 qaracilar6 qaracilar5 qaracilar4 qaracilar3 qaracilar2

 

Bu yazını Facebookda şərh et