Əhməd Şahidov Polşa mətbuatına müsahibəsində insan haqları barədə danışıb

polsa_metbuatiADİHİ rəhbəri Polşanın “New Eastern Europe” jurnalının redaktoru Bartosz Marcinkowski ilə söhbətində Dağlıq Qarabağ konfliktinə də toxunub

Avropada işgüzar səfərdə olan ADİHİ rəhbəri Əhməd Şahidov Polşanın Krakov şəhərində bu ölkənin nüfuzlu dərgilərindən olan “New Eastern Europe” jurnalının qonağı olub. Bartosz Marcinkowskinin suallarını cavablandıran hüquq müdafiəçisi Azərbaycanda insan haqları və demokratik vəziyyət barədə məlumat verib, Azərbaycanın xarici siyasəti ilə bağlı sualları cavablandırıb və Dağlıq Qarabağ konflikti haqqında ətraflı danışıb.

Avropa ilə Azərbaycan arasındakı münasibətlərə toxunan hüquq müdafiəçisi Əhməd Şahidov bəzi Avropa ölkələrinin və beynəlxalq qurumların Azərbaycana münasibətdə qərəzli mövqeyini sərt tənqid edib və Azərbaycanın inkişafını qıcıqla qarşılamağın yolverilməz olduğunu bildirib. Dağlıq Qarabağ və digər 7 rayonun işğal edilməsi barədə danışan ADİHİ rəhbəri Avropa ölkələrinin bu məsələdə də ikili standartlardan çıxış etdiyini təəssüflə qeyd edib.

Müsahibənin videosunu aşağıdan izləyə bilərsiniz.

Bu yazını Facebookda şərh et