ATƏT-in toplantısında BMT-nin 4 qətnaməsi xatırlandı, erməni jurnalistlər etiraz etdi

atet1İyun ayının 16-də Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə “Jurnalistlərin təhlükəsizliyi, Media azadlığı və Plüralizm” adlı konfrans öz işini davam etdirib.

‘Propaqanda və informasiya müharibəsi’ mövzusunda baş tutan bu dəfəki müzakirələr kifayət qədər gərgin keçib.

Müzakirələrdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müharibə şəraitində olan Azərbaycan və Ermənistan arasındakı informasiya müharibəsindən danışıb və bir çox hallarda Azərbaycana qarşı qərəzli halların müşahidə olunduğunu diqqətə çatdırıb. Çıxışı zamanı ADİHİ rəhbəri Avropanın nüfuzlu media orqanalrının əməkdaşlarının Dağlıq Qarabağa qanunsuz səfərlərinin qeydə alındığını, bir çox nüfuzlu mətbuat orqanlarında Azərbaycan xəritəsinin təhrif edilməsinə cəhdlər edildiyini və bununla Azərbaycana qarşı infirmasiya müharibəsi aparıldığını vurğulayıb.

osce_16.06.2015b

Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərlə bağlı 4 qətnaməsini xatırladan Əhməd Şahidovun çıxışından qəzəblənən erməni jurnalistlər yerdən replikalar atmaqla çıxışa etiraz ediblər və ADİHİ rəhbərinə qarşı ATƏT-in rəsmi Twitter səhifəsində qarayaxma xarakterli fikirlər paylaşıblar.

osce_16.06.2015

Bu yazını Facebookda şərh et