Əhməd Şahidov Latviyanın Korrupsiya ilə Mübarizə Bürosunun rəhbəri ilə görüşüb

knab
Latviyada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov May ayının 22-də Korrupsiya ilə Mübarizə Bürosunun (KNAB) direktoru cənab Yaroslavs Strelçenoks ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən KNAB rəhbəri Latviyada korrupsiya ilə mübarizə tədbirləri haqqında geniş danışıb və həyata keçirilən islahatlardan söz açıb.

Korrupsiyanın cəmiyyəti geri aparan bəla olduğunu diqqətə çatdıran ADİHİ rəhbəri Latviyada bu sahədə aparılan işlərdən məmnunluğunu ifadə edib və KNAB-ın fəaliyyətini yüksək qiymətləndirib. Görüş zamanı korrupsiyaya qarşı mübarizə ilə yanaşı, bu sosial bəlanı əmələ gətirən səbəblərin aradan qaldırılmasının faydalı olduğu vurğulanıb və bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsinin zəruriliyi qeyd edilib.

knab1 knab2 knab3 knab4

 

Bu yazını Facebookda şərh et