Azərbaycanı tənqid edən Avropa Şurası Ali Komissarı kəlbəcərli əsirlərlə bağlı suala cavab verə bilmədi

nils1
Riqa Sammitində hüquq müdafiəçisi Əhməd Şahidov və Avropa Şurası Ali Komissarı Nil Muyjnieks arasında maraqlı dialoq yaşanıb

May ayının 20-də Latviyanın paytaxtı Riqa şəhərində Şərq Tərəfdaşlığı üzrə Media Konfransə çərçivəsində çıxış edən Avropa Şurası İnsan Haqları üzrə Ali Komissarı Nil Muyjnieks Azərbaycan üzərində xüsusi dayanaraq, rəsmi Bakını sərt tənqid etmiş, Azərbaycanda olan dostlarının həbs olunduğunu bildirmiş və Azərbaycan iqtidarının ünvanına sərt fikirlər səsləndirmişdir. Cənab Nil Muyjnieks Azərbaycanda baş verən hadisələr barədə kifayət qədər məlumatlı olduğunu deyərək, rəsmi Bakını daha məsuliyyətli olmağa çağırmış və həbs olunmuş jurnalistlərin, hüquq müdafiəçilərinin dərhal azadlığa buraxılmasını tələb etmişdir.

Şərq Tərəfdaşlığı üzrə Media Konfransında yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məsələ ilə bağlı cənab Nil Muyjniekslə dialoqa girmiş və onun Azərbaycanla bağlı fikirlərinə aydınlıq gətirməsini istəmişdir. Avropa Şurası Ali Komissarı azərbaycanlı hüquq müdafiəçisi ilə söhbətində yenidən öz fikirlərini təkrar etmiş və Azərbaycanda baş verənləri diqqətlə izlədiklərini bildirmişdir. Bundan başqa, Birinci Avropa Oyunları haqqında söz açan cənab Nil Muyjnieks idman yarışları öncəsi rəsmi Bakının humanist addım ataraq, həbs olunmuş şəxsləri azadlığa buraxacağına ümid etdiyini söyləyib.

ADİHİ rəhbəri Əhməd Şahidovun Dağlıq Qarabağ konfliktindən əziyyət çəkən bir milyon Azərbaycan vətəndaşının hüquqları, habelə kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə verdiyi suala cavab verməkdə çətinlik çəkən AŞ rəsmisi bu barədə məlumatının olmadığını deyərək, bunu “siyasi məsələ” adlandırmış və özünün siyasətçi deyil, insan haqları üzrə ali komissar olduğunu demişdir. Cənab Nil Muyjnieksin fikirlərini ikili standart adlandıran Əhməd Şahidov ilə AŞ rəsmisi arasında maraqlı dialoq yaşanmışdır.
Həmin dialoqun video görüntüləri aşağıda təqdim olunur.

Bu yazını Facebookda şərh et