Əhməd Şahidov Çexiya Ombudsmanı xanım Anna Şabatova ilə görüşüb

34026Çexiya Ombudsmanına Dağlıq Qarabağ haqqında kitab hədiyyə edildi

Aprelin 23-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Çexiyanın Brno şəhərində bu ölkənin İnsan Haqları Müdafiəçisi (Ombudsmanı) xanım Anna Şabatova ilə görüşüb. Görüş zamanı Çexiyada insan haqlarının vəziyyəti, Ombudsman İnstitutunun fəaliyyət və strukturu, habelə vətəndaşlardan qəbul edilən şikayətlərin təsnifatı barədə geniş məlumat verən Anna Şabatova ADİHİ nümayəndə heyətini Brno şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib.

Rəhbərlik etdiyi təşkilat barədə danışan Əhməd Şahidov Avropa ölkələri ilə əlaqələrə yüksək önəm verdiklərini diqqətə çatdırıb və gələcək planları haqqında məlumat verib.

Görüş zamanı Dağlıq Qarabağ konflikti barədə söz açan Əhməd Şahidov “Qarabağ – dünən və bugün” adlı çoxdilli kitabı Çexiya Ombudsmanına hədiyyə edib.

brno8brno brno1 brno2 brno3 brno4 brno5 brno6 brno7
brno9 brno10 brno11 brno12

Bu yazını Facebookda şərh et