Əhməd Şahidov Sloveniyanın ən böyük təşkilatı olan Sülh İnstitutunda olub

sulhinstitutu
Əhməd Şahidov Sülh İnstitutunda olub və qurumun rəhbəri xanım Neza Kogovşek Şalamon ilə görüşüb

Aprelin 22-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Sülh İnstitutunun mənzil qərargahında olub və qurumun rəhbəri xanım Neza Kogovşek Şalamon ilə müzakirələr aparıb.

Görüş zamanı rəhbərlik etdiyi Sülh İnstitutunun fəaliyyəti barədə ətraflı məlumat verən Neza Kogovşek Şalamon həmçinin Sloveniyada insan haqlarının vəziyyəti haqqında danışıb, ölkədəki etnik azlıqların hüquqlarından bəhs edib.

Sülh İnstitutunun ofisini gəzən və əməkdaşların iş rejimi ilə yaxından maraqlanan ADİHİ rəhbəri Əhməd Şahidov ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayıb və Sülh İnstitutu ilə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü bildirib.

Xanım Neza Kogovşek Şalamon da öz növbəsində ADİHİ ilə birgə layihələrə hazır olduqlarını və detalların razılaşdırılması üçün yaxın vaxtlarda danışıqlara başlamağın zəruriliyini qeyd edib.

si si1 si2 si3 si4 si5 si6 si7 si8

Bu yazını Facebookda şərh et