Mehdi Hüseynzadənin Sloveniyadakı məzarı üzərində Azərbaycan Bayrağı asıldı

Screen Shot 2015-04-20 at 21.53.57Avropada işgüzar səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov əfsanəvi Mixaylonun məzarını ziyarət edib
Avropada işgüzar səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov Aprelin 20-də Sloveniyada maraqlı bir təşəbbüslə çıxış edib. Sloveniyada səfərdə olarkən bu ölkənin ucqar nöqtələrindən olan Çepovan kəndinə baş çəkən Əhməd Şahidov Milli Qəhrəman Mehdi Hüseynzadənin məzarını ziyarət edib və özü ilə Bakıdan gətirdiyi üçrəngli Azərbaycan Bayrağını əfsanəfi Mixaylonun məzarının üzərinə asıb.

Bununla bütün dünyaya bir mesaj vermək istədiyini deyən Əhməd Şahidov Azərbaycan xalqının öz qəhrəmanlarını unutmadığını və hələ neçə-neçə Mixayloların dünyaya gələcəyini, Azərbaycanı qoruyacağını və torpaqlarımızı işğaldan azad edəcəyini bildirib.

Bu yazını Facebookda şərh et