Polşadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi, asiyaçılar səfirliyə girişi bağladı

warsaw10Hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan səfirliyinin qarşısında Serj Sarkisyana səsləndi
Fevral ayının 26-da Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu və Dünya Azərbaycanlıları Konqresi Polşa Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada 40 nəfər iştirak edib. Ermənistan səfirliyinə girişi bağlayan etirazçılar dörd dildə – Azərbaycan, rus, ingilis və polyak dillərində şüarlar səsləndirib, Xocalı soyqırımının tanıdılması ilə bağlı çağırışlar edib və işğalçı Ermənistan hakimiyyətini ifşa edən bəyanat yayıblar.

Etiraz aksiyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Xocalı soyqırımı barədə danışıb, Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın qanun qarşısında cavab verməli olduqlarını bildirib və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasını tələb edib.
Bir saat davam edən aksiya insidentsiz başa çatıb, təşkilatçılar aksiyanın qətnaməsini səfirliyə təqdim edib və sonda Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

warsaw47 warsaw44 warsaw41 warsaw32 warsaw29 warsaw27 warsaw26 warsaw19 warsaw18 warsaw17 warsaw16 warsaw15 warsaw10 warsaw7 warsaw2 warsaw

Bu yazını Facebookda şərh et