Dünya hüquq müdafiəçiləri Cenevrəyə toplaşdı

sammit57-ci İnsan Haqları və Demokratiya üzrə Cenevrə Sammiti öz işinə başlayıb
Fevral ayının 24-də İsveçrənin Cenevrə şəhərində 7-ci İnsan Haqları və Demokratiya üzrə Cenevrə Sammiti keçirilib. Dünyanın bütün ölkələrindən iki minə yaxın hüquq müdafiəçisinin iştirak etdiyi bu nüfuzlu beynəlxalq toplantıda insan haqları və demokratiya məsələləri müzakirə olunub və zorakılığa məruz qalmış insanlar haqqında məlumat verilib.
Sudan, Nigeriya, İran, İraq, Suriya, Türkiyə, Şimali Koreya, Pakistan, Rusiya, Ukrayna və digər ölkələrdən gəlmiş hüquq müdafiəçilərinin qatıldığı bu sammitdə azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.
ADİHİ rəhbərinin verdiyi məlumata görə, bu dəfəki Cenevrə Sammiti zorakılığa məruz qalmış hüquq müdafiəçilərinə həsr olunub. Əsasən Nigeriya, Şimali Koreya, İran və Rusiyadan olan hüquq müdafiəçilərinin, habelə jurnalist və ictimai fəalların çıxışları dinlənilib və bu istiqamətdə müzakirələr aparılıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, Cenevrə Sammitində səslənən faktlar o qədər dəhşətli idi ki, Azərbaycan kimi ölkələrdə baş verən hüquq pozuntuları onların yanında çox primitiv görünürdü: “Cenevrə Sammitində çıxışını dinlədiyim hüquq müdafiəçiləri ilə söhbətdən sonra tam əminliklə deyə bilərəm ki, Azərbaycan heç də bir sıra beynəlxalq təşkilatların açıqladığı hesabatlarda göstərildiyi kimi sonuncu sıralarda deyil. Əksinə, Azərbaycan bir çox sahələrdə Avropa ölkələrinə nümunə ola biləcək dərəcədədir.”

sammit sammit15 sammit13 sammit11 sammit10 sammit9 sammit7 sammit6 sammit5 sammit4 sammit3

Bu yazını Facebookda şərh et