Əhməd Şahidov Vyananın mərkəzində azərbaycanlı əsirlərlə bağlı maraqlı aksiya keçirdi

Screen Shot 2015-02-21 at 1.39.47 PMFevral ayının 21-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində maraqlı bir təşəbbüsə imza atıb. Belə ki, əlində kəlbəcərli əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını tutan Əhməd Şahidov 15 dəqiqə ərzində Vyananın mərkəzi olan Aleksandrplatz küçəsində dayanıb və ətrafda olan insanların diqqətini çəkə bilib.
Ətrafdakı insanların diqqətini cəlb edən aksiya zamanı avstriyalılar Əhməd Şahidovun fotolarını çəkir və diqqətlə azərbaycanlı əsirlərin fotolarına baxırdılar.
Həmin aksiyadan olan video görüntüləri sizlərə təqdim edirik.

Bu yazını Facebookda şərh et