Əhməd Şahidov Qətərdəki Türk diplomatlarla görüşüb

kktc1_1Əhməd Şahidov ŞKTC rəsmiləri ilə Türk diasporunun birgə fəaliyyəti məsələlərini müzakirə edib

Qətərin paytaxtı Doha şəhərində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Qətərdəki səfirliyində olub. ŞKTC-nin Qətərdəki səfiri cənab Aytuğ Fazil Plümer ilə görüşən ADİHİ rəhbəri ŞKTC ilə əlaqələrindən söz açıb, Kipr türklərinin hüquqları barədə danışıb və Şimali Kiprin bütün dünyada tanıdılması məsələsi ətrafında fikir mübadiləsi aparıb.

Kipr adasındakı son vəziyyət barədə danışan ŞKTC səfiri cənab Aytuğ Fazil Plümer rum tərəfi ilə danışıqlar barədə söz açıb və Kiprin gələcək taleyi ilə bağlı aparılan müzakirələr haqqında danışıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı ŞKTC-nin Qətərdəki səfiri cənab Aytuğ Fazil Plümerə erməni terrorundan bəhs edən ensiklopedik kitab hədiyyə edilib. ŞKTC səfiri də özünün müəllifi olduğu kitabı ADİHİ sədrinə təqdim edib. Görüşdə ŞKTC Doha səfirliyinin üçüncü katibi cənab Namik Cəfər də iştirak edib.

kktc kktc1 kktc2 kktc3

 

Bu yazını Facebookda şərh et