Əhməd Şahidov terrorla mübarizə ilə bağlı Avropaya müraciət etdi – VİDEO

shahidov_20.01.2015ADİHİ rəhbəri Birinci Avropa Oyunlarına gələcək avropalıları ilk növbədə Şəhidlər Xiyabanını ziyarət etməyə çağırdı

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 20 Yanvar faciəsinin ildönümündə avropalı gənclərə müraciət ünvanlayıb. Şəhidlər Xiyabanını ziyarət edən hüquq müdafiəçisi 1990-cı ilin 20 Yanvar tarixində baş vermiş terror hadisəsi barədə avropalılara məlumat verib, terrorun qlobal bir problem olduğunu diqqətə çatdırıb və Fransada baş vermiş hadisələrin hələ 25 il bundan əvvəl Azərbaycan xalqı tərəfindən yaşandığını bildirib.

Avropalı gənclərə müraciət edən Əhməd Şahidov Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana səfər edəcək avropalıları Şəhidlər Xiyabanını ziyarət etməyə çağırıb və terrorla birgə mübarizə aparmağa səsləyib.

Qeyd edək ki, Şəhidlər Xiyabanında lentə alınan video müraciət sosial şəbəkələrdə marağa səbəb olub.

Bu yazını Facebookda şərh et