Əhməd Şahidov İsveçrənin XİN və Parlamentində görüşlər keçirib

swiss_flag292Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu İsveçrənin hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini genişləndirir

Dekabrın 5-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov İsveçrənin paytaxtı Bern şəhərində bu ölkənin Xarici İşlər Nazirliyində olub. İsveçrə Xarici İşlər Nazirliyinin Siyasi İşlər Departamentinin İnsan Haqları Sektorunun Cənubi Qafqaz üzrə mütəxəssisi Stefan Vellauer ilə görüşən Əhməd Şahidov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib, Azərbaycanda insan haqlarının durumu barədə danışıb. İsveçrənin insan haqları məsələsinə həssaslıqla yanaşdığını bildirən Stefan Vellauer Azərbaycandakı prosesləri diqqətdə saxladıqlarını və Azərbaycan hökuməti ilə bu sahədə danışıqlar apardıqlarını bildirib.

Dekabrın 5-də ADİHİ rəhbəri Əhməd Şahidov İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri cənab Karlo Sommaruga ilə görüşüb. İsveçrənin xarici siyasəti və insan haqları barədə danışan Karlo Sommaruga və Əhməd Şahidov arasında fikir mübadiləsi baş tutub.

Dekabrın 5-də ADİHİ rəhbəri Əhməd Şahidov İsveçrənin Cenevrə şəhərində bu ölkənin ən böyük humanitar təşkilatı olan Humanitar Dialoq Mərkəzində olub və qurumun layihələr üzrə meneceri xanım Susanne Gentz ilə görüşüb. ADİHİ barədə ətraflı danışan Əhməd Şahidov həyata keçirmək istədikləri layihələr haqqında xanım Susanne Gentzə məlumat verib və qarşılıqlı əməkdaşlıq məsələrinə toxunub.

IMG_8107

Bu yazını Facebookda şərh et