Əhməd Şahidov Qətərin paytaxtı Doha şəhərində keçirilən beynəlxalq insan haqları konfransında iştirak edib

doha292Qətərin paytaxtı Doha şəhərində Ərəb ölkələrinin təhlükəsizlik və insan haqları məsələləri müzakirə olunub
Ərəb ölkələrinin hökumət və dövlət xadimlərinin, beynəxlalq insan haqları təşkilatlarının təmsil olunduğu beynəlxalq konfransda ADİHİ rəhbəri Əhməd Şahidov da iştirak edib
Noyabrın 5-6-da Qətərin paytaxtı Doha şəhərində BMT-nin və Qətər Milli İnsan Haqları Komitəsinin birgə təşkilatçılığı ilə “Ərəb regionunda Təhlükəsizlik və İnsan Haqlarına dair Beynəlxalq Konfrans” keçirilib. Ərəb ölkələrinin dövlət və hökumət xadimlərinin, nüfuzlu beynəlxalq təşkilatların və insan haqları müdafiəçilərinin iştirak etdiyi beynəlxalq konfransda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da iştirak edib.
Konfansda əsasən Ərəb coğrafiyasında baş verən son hadisələr müzakirə olunub, təhlükəsizlik probemləri, münaqişələr və insan haqlarının kobud şəkildə tapdanması haqqında çıxışlar dinlənilib. Tədbir barədə fikirlərini bölüşən ADİHİ rəhbəri Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin rəhbəri Dr. Əli Bin Smaikh Əl-Marriyə təşəkkürünü bildirib və bu konfransın yüksək səviyyədə təşkil olunduğunu xüsusilə qeyd edib: “Dohada keçirilən bu konfrans ADİHİ-nin Ərəb ölkələri ilə ilk ünsiyyəti idi. Hər gün televizorda, internetdə müşahidə etdiyimiz vəhşiliklər, qətllər və müharibələr barədə ərəblərin öz dilindən eşitmək çox maraqlı idi. Tədbirdə Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Oman və digər ərəb ölkələrinin nümayəndələri iştirak edirdi. Əsasən Fələstində törədilən vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması müzakirə olundu, İraq və Suriyada yaşanan hadisələrə münasibət bildirildi, dünyada yaşayan ərəblərin hüquqlarının pozulması və diskriminasiya halları barədə maraqlı fikirlər səsləndirildi”.

doha2 doha4 doha6 doha7 doha8 doha9 doha10 doha11 doha12

Bu yazını Facebookda şərh et