Əhməd Şahidov Qətər Milli İnsan Haqları Komitəsinin sədri Dr. Əli Bin Smaikh Əl-Marri ilə görüşüb

al-amiri292Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu Ərəb ölkələri ilə əlaqələrini genişləndirir

Noyabrın 6-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları İnstitutunun sədri Dr. Əli Bin Smaikh Əl-Marri ilə görüşüb. 5-6 Noyabr tarixlərində Dohada keçirilən “Ərəb Regionunda Təhlükəsizlik və İnsan Haqları üzrə Beynəlxalq Konfrans” çərçivəsində baş tutan görüş zamanı ikitərəfli münasibətlər, gələcək əməkdaşlıq perspektivləri və birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.

Əhməd Şahidovu Doha şəhərində görməkdən məmnunluğunu bildirən Dr. Əli Bin Smaikh Əl-Marri ADİHİ rəhbərinin Avropada keçirdiyi görüşləri internetdən izlədiyini, ADİHİ-nin qısa müddət ərzində böyük işlər gördüyünü və bu səbəbdən də görüş üçün razılıq verdiyini ifadə etdi. Səmimi qəbula görə, Qətər Milli İnsan Haqları Komitəsinin sədrinə dərin təşəkkürünü bildirən Əhməd Şahidov Ərəb dünyası ilə əlaqələrin qurulmasında maraqlı olduqlarını, Ərəb ölkələrində baş verən hadisələrin, xüsusən də insan haqları sahəsində müşahidə olunan tendensiyaların ADİHİ-ni ciddi narahat etdiyini qeyd edib.

Görüş zamanı ADİHİ və Qətər Milli İnsan Haqları Komitəsi arasında əməkdaşlıq üçün zəmin olduğunu bildirən Dr. Əli Bin Smaikh Əl-Marri yaxın vaxtlarda tərəflər arasında əməkdaşlıq haqqında niyyət protokolunun imzalanmasını məqsədəuyğun hesab etmişdir.

al-amiri al-amiri1 al-amiri2

Bu yazını Facebookda şərh et