Əhməd Şahidov Slovakiya Xarici İşlər Nazirliyində görüş keçirib

slovakiya_xin3ADİHİ rəhbəri Əhməd Şahidov Slovakiyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin İnsan Haqları Departamentinin rəhbəri cənab Milan Kollar ilə görüşüb

Noyabrın 3-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Slovakiyanın paytaxtı Bratislava şəhərində bu ölkənin Xarici İşlər və Avropa Məsələləri Nazirliyində olub və nazirliyin İnsan Haqları Departamentinin rəhbəri cənab Milan Kollar ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verən ADİHİ rəhbəri eyni zamanda Azərbaycanda insan haqlarının durumu haqqında slovakiyalı diplomatı məlumatlandırıb. ADİHİ rəhbəri Slovakiyada insan haqlarının vəziyyəti ilə maraqlanıb, yerli hüquq müdafiə təşkilatları haqqında suallar verib.

ADİHİ rəhbərini Bratislava şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən cənab Milan Kollar ölkəsində insan haqlarının durumu barədə ətraflı danışıb, Slovakiyada yaşayan etnik azlıqlar və onların hüquqları haqqında Əhməd Şahidova məlumat verib. Slovakiyada ən böyük etnik azlıq olan macarların ikili vətəndaş probleminə toxunan slovakiyalı diplomat Slovakiyadan Avropa İnsan Haqları Məhkəməsinə olunan müraciətlər barədə də danışıb.

Slovakiyanın insan haqları sahəsindəki təcrübəsini yüksək qiymətləndirən ADİHİ rəhbəri Bratislavada fəaliyyət göstərən hüquq müdafiə təşkilatları ilə yaxından əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

slovakiya_xin1 slovakiya_xin2 slovakiya_xin3 slovakiya_xin4 slovakiya_xin5

Bu yazını Facebookda şərh et