Əhməd Şahidov ATƏT-in Vyana toplantısında insan haqlarından danışıb

odihr292Oktyabrın 30-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə “İqtisadi böhran şəraitində İnsan Haqları və Fundamental Azadlıqlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. ATƏT üzvü olan ölkələrin rəsmi şəxslərinin, beynəlxalq təşkilatlar və QHT nümayəndələrinin iştirak etdiyi bu toplantıda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzə ilə çıxış edib.

“Cənubi Qafqaz ölkələrində iqtisadi böhran dövründə insan haqları və azadlıqlar” mövzusunda çıxış edən ADİHİ rəhbəri əsas diqqəti Ermənistanda yaşanan iqtisadi tənəzzülə yönəldib, Serj Sarkisyan rejiminin militarist mahiyyətini işıqlandırıb və sıravi ermənilərin iqtisadi böhran, habelə hakim dairələrin təqib və təzyiqlərindən canlarını qurtarmaq üçün Ermənistanı kütləvi tərk etdiklərini bildirib. Çıxışı zamanı Dağlıq Qarabağ konflikti haqqında danışan ADİHİ rəhbəri Əhməd Şahidov BMT-nin 4 məlum qətnaməsini xatırladıb və Cənubi Qafqazda mövcud olan ərazi bütövlüyü problemlərinə toxunub.

ADİHİ rəhbərinin çıxışına etiraz edən Ermənistan nümayəndəsi çıxış üçün söz istəmiş və Əhməd Şahidovun məruzəsinin ATƏT-in Vyana konfransına adekvat olmadığını səbəb gətirmişdir.

odihr odihr1 odihr2 odihr3 odihr4 odihr6 odihr8 odihr10

Bu yazını Facebookda şərh et