Əhməd Şahidov ATƏT-in toplantısında azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında danışıb

esirler292Əhməd Şahidov Azərbaycan vətəndaşlarının öz ölkələrində sərbəst hərəkət etmə azadlığının məhdudlaşdırıldığını qeyd edib

Oktyabrın 2-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi”nin növbəti tədbiri keçirilib. “Miqrant, qaçqın və məcburi köçkünlərin hüquqları” mövzusunda keçirilən bu dəfəki müzakirələrdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da məruzə ilə çıxış edib.

Çıxışına başlamazdan əvvəl Avropa ölkələri deleqasiyalarına müraciət edən ADİHİ rəhbəri sıravi avropalıların bir şəhərdən digər şəhərə səfər edərkən hər hansı təzyiq, təhqir və ölümlə rastlaşıb-rastlaşmadıqlarını soruşub. Auditoriya tərəfindən maraqla qarşılanan bu sualın ardınca Əhməd Şahidov təmsil etdiyi Azərbaycan Respublikasında vətəndaşların bucür problemlə üzləşdiklərini bildirib və bu ilin İyul ayının 11-də Ermənistan hərbçiləri tərəfindən əsir götürülən azərbaycanlı əsirlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin fotolarını tədbir iştirakçılarına nümayiş etdirərək, azərbaycanlı əsirlərin durumu barədə ətraflı danışıb.

Ermənilər tərəfindən yüzlərlə Azərbaycan vətəndaşının əsir götürüldüyünü diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov AR Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hazırladığı “Bizi əsirlikdən qurtarın” adlı kitabı tədbir iştirakçılarına nümayiş etdirib və indiyə kimi Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülərək işgəncələrə məruz qalmış azərbaycanlılar barədə bütün məlumatların həmin kitabda dərc olunduğunu bildirib.

esirler esirler1 esirler2 esirler3 esirler4 esirler5 esirler6 esirler9 esirler10 esirler11 esirler12

 

Bu yazını Facebookda şərh et