Əhməd Şahidov Litva Ombudsmanı ilə görüşüb

litva_ombudsman292Əhməd Şahidov Litva Respublikasının insan haqları sahəsindəki təcrübəsi ilə maraqlanıb

Sentyabrın 26-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Litvanın paytaxtı Vilnius şəhərində bu ölkənin ombudsmanı cənab Raimondas Şuks ilə görüşüb. Görüş zamanı Litvada insan haqlarının vəziyyəti və Ombudsman Ofisinin fəaliyyəti barədə ətraflı məlumat verən litvalı ombudsman Litvada yaşayan etnik azlıqlar barədə danışıb, vətəndaşlardan daxil olan şikayətlərin araşdırılması mexanizmini açıqlayıb.

Litvanın insan haqları sahəsindəki təcrübəsi ilə maraqlanan ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycanda insan haqlarının durumu haqqında litvalı ombudsmanı məlumatlandırıb və rəhbərlik etdiyi qurumun Litva Ombudsman Ofisi ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

litva_ombudsman litva_ombudsman1 litva_ombudsman2 litva_ombudsman3 litva_ombudsman4

Bu yazını Facebookda şərh et