Əhməd Şahidov avropalı diplomatlara erməni terrorundan danışdı və Zori Balayanın etiraflarını xatırlatdı

cixis292Sentyabrın 24-də ATƏT-in Varşava toplantısı işgəncələr və terrorla mübarizə mövzusunda öz işini davam etdirib. Tədbirdə çıxış edənlər dünyanın müxtəlif ölkələrində işgəncə faktlarından danışdı və qlobal bəla olan terrorla mübarizə haqqında fikirlərini bölüşdülər.

Müzakirələrdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov toplantıda separatçı rejimlər olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı “respublikaların” açıq şəkildə konfransda iştirak etməsinin və çıxışlar etmələrinin ATƏT prinsiplərinə zidd olduğunu bildirdi və əsas diqqəti erməni terroruna yönəltdi. ADİHİ rəhbəri Ermənistan nümayəndəsinə xitab edərək, Xocalı soyqırımı barədə avropalı diplomatlara məlumat verilməsini tələb etdi, erməni yazıçıları Zori Balayan və Devid Xerdiyanın Qarabağdakı erməni vəhşilikləri barədə etiraflarını xatırlatdı və Ermənistan dövlətini İraqda insanlıq əleyhinə vəhşiliklər törədən İŞİD-lə müqayisə etdi.

Ermənistan nümayəndəsi ADİHİ rəhbərinin çıxışına etiraz etməyə çalışsa da, Əhməd Şahidov sona qədər fikirlərini ifadə edə bildi və erməni vəhşiliklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

terror3 terror4 terror5 terror6 terror7 terror8

Bu yazını Facebookda şərh et