Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan hakimiyyətini ifşa etdi

cixis292Əhməd Şahidov çıxış edərkən azərbaycanlı jurnalist Xədicə İsmayıl bir qrup erməni dostu ilə tərbiyəsizlik nümayiş etdirdilər

Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olundu. Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa hazırlaşsa da, özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz əlaməti olaraq, mövzusunu sırf Ermənistan üzərində qurmuş və Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoymuşdur.

Erməni çıxışçıya xitab edərək “Dağlıq Qarabağı müstəqil ölkə adlandırıb burada əyləşənləri aldatmayın. Burada oturan heç kəs, heç Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Ağlınızı başınıza toplayın” deyərək, rəsmi Yerevanın qəddar siyasətini sərt tənqid etmişdir.

ADİHİ rəhbəri Əhməd Şahidov çıxış edərkən, azərbaycanlı jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə etmiş və onlar Əhməd Şahidovun arxasında düzülərək, arxalarını ADİHİ rəhbərinə çevirərək, bir növ çıxışa etiraz etmişlər.

Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirmiş və Ermənistan hakimiyyətini ifşa etmişdir.

Məsələ ilə bağlı ADİHİ rəhbərinin mövqeyini öyrənməyə çalışsaq da, Əhməd Şahidov baş verənləri Xədicə İsmayılın əxlaqsız və satqın mahiyyəti ilə əlaqələndirərək, bu haqda çox danışmaq istəmədiyini demişdir.

cixis cixis1 cixis2 cixis3 cixis4 cixis5

Bu yazını Facebookda şərh et