ATƏT-in Varşava toplantısı öz işinə başladı

osce292Əhməd Şahidov: “Bu dəfəki müzakirələrdə insan haqları, demokratiya və ölkələrin ərazi bütövlüyü əsas prioritet olaraq seçilib”

Sentyabrın 22-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə növbəti zirvə toplantısı start götürüb. ATƏT üzvü olan ölkələrin nümayəndə heyətlərinin, səfirlərin, habelə QHT rəhbərləri və tanınmış diplomatların qatıldığı bu toplantıda əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunur, fundamental azadlıqlar, azad media, sərbəst toplaşmaq azadlığı, dini etiqad azadlığı və milli azlıqların hüquqları haqqında danışılır, ayrı-ayrı hesablar dinlənilir. Bu dəfəki toplantıda Ukraynada baş verən son hadisələr ətrafında qızğın müzakirələrin gedəcəyi də gözlənilir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun da qatıldığı bu toplantıda Azərbaycanla da bağlı məruzələrin dinlənəcəyi gözlənilir. Bununla bağlı məlumat verən ADİHİ rəhbəri Əhməd Şahidov öz çıxışlarında Cənubi Qafqaz regionunda demokratiya, insan haqları fundamental azadlıqlar mövzusunu qabardacağını, habelə Dağlıq Qarabağ konflikti barədə geniş məlumat verəcəyini bildirdi.

Qeyd edək ki, ATƏT-in zirvə toplantısı Oktyabrın 3-ə qədər davam edəcək.

 

osce osce1 osce2 osce3 osce4

 

Bu yazını Facebookda şərh et