Əhməd Şahidov Avropa Parlamentində insan haqlarından danışıb

eu_parliamentƏhməd Şahidov Brüsseldə Avropa Parlamentini ziyarət edib və qurumun fəaliyyəti ilə yaxından tanış olub

Sentyabrın 15-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentini ziyarət edib. Avropa Parlamentinin rəsmisi xanım Marqarita Mouzaka ilə görəşən ADİHİ rəhbəri rəhbərlik etdiyi qurum barədə danışıb və Avropa Parlamentinin fəaliyyəti ilə yaxından maraqlanıb.

Avropa Parlamentinin rəsmisi ADİHİ rəhbərini qurumun binası ilə yaxından tanış edib, Avropa Parlamentinin fəaliyyəti və iş mexanizmi barədə ətraflı məlumat verib. Görüş zamanı ADİHİ-nin təşkilat olaraq, Avropa Parlamentində akkreditasiya məsələsi müzakirə olunub.

16 24 32 42 51 61 71 81 91

Bu yazını Facebookda şərh et